RU

“Şahidlərin ifadələri toplanmalı və kitab şəklində çap edilməlidir”

Azərbaycan tarixində baş verən faciələr uzun illər obyektiv şəkildə araşdırılmayıb. Sovet tarixşünaslığı dövründə bu hadisələrin öyrənilməsinə imkan verilməyib, əksinə, faktlar təhrif olunub.

 

Ağdaban faciəsi və digər hadisələr – 1905–1906, 1918–1920-ci illər soyqırımları, 1948–1951-ci illər deportasiyası, 1987–1990-cı illər etnik təmizləmə və soyqırımı – ciddi şəkildə öyrənilməli və gənc nəsilə çatdırılmalıdır.

 

Ağdaban faciəsinin şahidləri hələ sağdır və onların ifadələrinin toplanaraq kitab şəklində çap edilməsi zəruridir. Bu, tarixi yaddaşın qorunması və hadisələrin gələcək nəsillərə doğru çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

 

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov QHT.az açıqlama vurğulayıb ki, sülh tarixi unutmaq deyil; əksinə, hadisələrin düzgün öyrənilməsi gələcəkdə oxşar faciələrin qarşısını almağa xidmət edir.

Zəhra Ağayeva

Избранный
14
qht.az

1Источники