RU

Ötən il yaradılan BOKT ili zərərlə başa vurub – HESABAT

Xəbər verdiyimiz kimi, ötən ilin iyun ayına Azərbaycan Mərkəzi Bankı “Forfinance” MMC-yə bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyəti üçün lisenziya verib.

FED.az biznes və maliyyə xəbərləri portalı təşkilatın hesabatına istinadən xəbər verir ki, ötən il ərzində BOKT-un xalis zərəri 35 min 897 manat olub.

Hesabat dövründə BOKT-un xalis faiz gəliri 208 min 919 manat, işçi heyəti ilə bağlı xərclər 194 min 17 manat, ümumi və inzibati xərclər 44 min 512 manat, haqq və komissiya xərcləri isə 14 min 827 manat təşkil edib.
Bəhs olunan dövrdə kredit təşkilatının cəmi aktivləri 8 milyon 486 min 881 manat təşkil edib ki, bunun da böyük hissəsi – 7 milyon 852 min 38 manatı (92,5%-i) müştərilərə verilmiş kreditlər hesabına formalaşıb.

Şirkətin cəmi öhdəliklər 7 milyon 122 min 778 manat olub. Nizamnamə kapitalı 1,4 milyon manat olan BOKT-un yığılmış zərəri isə 35 min 897 manat təşkil edib. Bununla da, BOKT-un cəmi kapitalı 1 milyon 364 min 103 manata düşüb.

ÖtənÖtənÖtən
Избранный
14
fed.az

1Источники