RU

Ulduzundan PSJ-yə şad xəbər

PSJ-nin cinah hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasında "Liverpul"a qarşı oyun öncəsi komandanın ümumi məşqlərinə qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə "PSG Report" məlumat yayıb.

23 yaşlı fransalı zədə səbəbindən Fransa çempionatında son iki oyunu buraxmışdı. Lakin artıq məşqlərə başlayıb və “Liverpul”la qarşılaşmada iştirak etməyə hazırdır.

Cari mövsümdə Barkola bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Избранный
8
publika.az

1Источники