RU

Bakıda iki azyaşlının törətdiyi dəhşətlə bağlı daha bir RƏSMİ AÇIQLAMA

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobilin iki piyadanı vurması ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Turkustan.az bildirir ki, hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

***

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobil iki piyadanı vurub.

Turkustan.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayon sakini İlham Qasımov “VAZ” avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Onun iki azyaşlı – 7 və 6 yaşlı övladları – nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib.

Uşaqlar avtomobildən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan nəqliyyat vasitəsi yolda olan iki qadını vurub.

Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

Избранный
1
4
turkustan.az

7Источники