RU

Azərbaycanda bu bank qanunvericiliyi pozdu

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Bank kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyi pozub, bu faktla bağlı AMB-yə yazılı bildiriş təqdim etməyib. Odur ki, "Banklar haqqında" qanunun 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, "Rabitəbank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

"Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır", - deyə AMB bəyan edib.

Избранный
7
12
bakivaxti.az

10Источники