ABŞ-in İrana qarşı hərbi əməliyyatları çərçivəsində İslam Respublikasına məxsus 155-dən çox gəmi zərər görüb və ya məhv edilib.
Milli.Az xəbər verir ki, bu məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən açıqlanıb. Eyni zamanda bildirilib ki, "Epik Qəzəb" əməliyyatları zamanı ABŞ qüvvələri 13 mindən çox hədəfə zərbə endirib.
Bundan əlavə, ABŞ Mərkəzi Komandanlığı İran İslam İnqilabı Keşikçiləri Korpusunun "USS Tripoli" desant gəmisinə hücum iddialarını təkzib edib. Korpus bəyan etmişdi ki, onlar desant gəmisinə raket zərbəsi endirərək onu Ərəb dənizindən çıxmağa məcbur ediblər. Lakin rəsmi açıqlamaya görə, gəmi hücuma məruz qalmayıb və "Epik Qəzəb" əməliyyatına dəstək olaraq planlaşdırılmış fəaliyyətini davam etdirir.
Asya
Milli.Az