RU

Yer təki istifadəçilərinin fəaliyyəti ilə bağlı işçi qrup yaradılır

Bakı. Trend:

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğulolan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılmasıtədbirlərinə dair Qaydalar təsdiq edilib.

Trend xəbərverir ki, bununla bağlı Prezident İlham Əliyev Fərmanimzalayıb.

Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra – Qanun) 13-cü maddəsinin səkkizinci hissəsinə əsasənhazırlanmışdır və qeyri-filiz faydalı qazıntı yataqlarınınistismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətininsağlamlaşdırılması və bu Qaydalara əsasən müəyyən edilmiş keçiddövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənintənzimlənməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Qaydalara əsasən, yer təki istifadəçilərinin fəaliyyətinin yerintəkindən istifadə sahəsində münasibətləri tənzimləyən və digəraidiyyəti normativ hüquqi aktların tələblərinə tamuyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyatNazirliyinin, Azərbaycan Respublikası Fövqəladə HallarNazirliyinin, Azərbaycan Respublikası Kənd TəsərrüfatıNazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin (işğaldan azad olunmuş ərazilər üzrə),“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və aidiyyəti yerli icrahakimiyyəti orqanlarının azı bir nümayəndəsi təmsil olunmaqla,Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi(bundan sonra – Nazirlik) tərəfindən işçi qrup yaradılır.

İşçi qrupun fəaliyyətinə Nazirliyin müəyyən etdiyi sədrrəhbərlik edir və onun işini təşkil edir.

İşçi qrup, bu Qaydalarla müəyyən edilmiş hüquq və vəzifələrinəzərə alınmaqla, işçi qrupun iclasında təsdiq edilmiş iş planıəsasında fəaliyyət göstərir.

İşçi qrupun iclasları zərurət olduqda, lakin keçid dövründə altıdəfədən az olmayaraq keçirilir. İşçi qrupun iclaslarının vaxtını vəgündəliyini işçi qrupun sədri müəyyən edir.

İşçi qrupun üzvləri iclaslarda əyani formada, belə iştirakmümkün olmadıqda isə informasiya texnologiyalarından istifadəetməklə distant formada iştirak edə bilərlər.

İşçi qrupun iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdəsəlahiyyətlidir. İşçi qrupun iclasında hər üzvün bir səsi olmaqla,qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadəsəs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasasədrlik edənin səsi həlledicidir və sədr axırıncı səs verir.

İşçi qrupun katibi sədr tərəfindən ilk iclas zamanı üzvlərarasından müəyyən edilir.

İşçi qrupun üzvü təmsil etdiyi dövlət orqanının (qurumunun)adından çıxış edir.

Избранный
6
8
az.trend.az

9Источники