RU

"Roşka"nın məhkəməsində prokuror dəyişdi

Tiktokda daha çox "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Buna səbəb təqsirləndirilən şəxsin vəkilinin məhkəməyə təqdim etdiyi videogöruntülərlə bağlı ekspertizanın yekun rəyinin məhkəməyə daxil olmamasıdır.

Eyni zamanda, bu cinayət işi üzrə dövlət ittihamçısı dəyişdirilib və yeni prokuror Elvin Mirzəyev qoşulub.

Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib. 

Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
1
19
unikal.az

10Источники