RU

Trampı Hitlerə bənzətdilər

Amerika məktəb dərsliyində ABŞ prezidenti Donald Tramp nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edilib.

Busaat.az xəbər verir bu barədə “Newsweek” məlumat yayıb.

“New York Post” və “Fox News”-un köşə yazarı Karol Markowicz sosial mediada yeniyetmə əmisi oğlunun ona göstərdiyi ABŞ siyasət dərsliyindən bir səhifə paylaşıb.

“Tramp ideoloji cəhətdən Hitlerə bənzəyir və [ABŞ senatoru] Bernie Sanders mərkəzdən bir qədər kənardadır”, – jurnalist dərslikdən diaqramı nəşrə əlavə edərək yazıb.

Dərsliyə görə, Tramp siyasi koordinatların yuxarı sağ küncündə – Hitlerin sağında və ondan bir qədər aşağıda “avtoritarizm” səviyyəsindədir. Avtoritar sollar arasında keçmiş Sovet və Kuba liderləri Cozef Stalin və Fidel Kastro, avtoritar sağçılar arasında Texasdan olan ABŞ senatoru Ted Kruz, Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer, ABŞ-ın keçmiş prezidenti Barak Obama, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və ABŞ-ın keçmiş prezidenti Corc Buş var.

Bu dərslikdəki diaqramı X sosial şəbəkəsinin yaradıcısı amerikalı milyarder İlon Mask da şərh edib. “Bu dəlilikdir”,-deyə Mask qeyd edib.

Yeganə

 

 

Избранный
30
busaat.az

1Источники