RU

AFFA tərəfindən cəzalandırılan Adil Şükürov: "Artıq söz deməmişəm, söyüş söyməmişəm"

AFFA İntizam Komitəsi tərəfindən 4 ounluq cəzalandırılan "Səbail"in baş məşqçisi Adil Şükürov hakimləri təhqir etməyib.

Bunu "Report"a açıqlamasında 48 yaşlı mütəxəssis özü deyib.

O, Azərbaycan I Liqasının XX turunda, "Baku Sportinq"lə keçirilən matçda yaşananlara aydınlıq gətirib:

"Oyunda bəzi şeylər oldu. Yaşananlar insanda əsəb və stres yaradır. Müəyyən xoşuma gəlməyən epizodlar yaşandı, qərarlar verildi. Təbii olaraq narazılığımı bildirdim. Artıq söz işlədilməyib, söyüş qətiyyən söyülməyib. Amma götürüb protokola əlavə ediblər ki, guya pis söz demişəm. Həmin vəziyyətin çəkilişi də yoxdur, sübutu da. Deyiləsi söz yoxdur, hakimlər nə istəyirlər, qərar verirlər, acısını da biz çəkirik. Bütün bu hadisələr üst-üstə yığılır, insan əsəb keçirir".

Qeyd edək ki, Adil Şükürovun cəzalandırılmasına səbəb sözügedən oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi olub. Bu hərəkətə görə klub 3000 manat cərimələnib. Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. "Səbail" buna görə isə 1500 manat ziyana düşüb.

Избранный
29
far.az

1Источники