RU

"Reuters": İran Hörmüzdən keçid haqqını gəminin tipinə və yükünə görə müəyyən etmək istəyir

"Reuters": İran Hörmüzdən keçid haqqını gəminin tipinə və yükünə görə müəyyən etmək istəyir

ABŞ ilə daimi sülh sazişinin əldə olunması İrana Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamaq imkanı verməlidir ki, bu rüsum da gəminin tipindən, daşıdığı yükdən və mövcud şəraitdən asılı olacaq.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İslam Respublikasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Martın 26-da İran parlamentinin abadlıq komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi bildirib ki, ölkə parlamenti Hörmüz boğazından gəmilərin keçidi üçün haqq alınması haqqında qanun qəbul edəcək.

"Reuters"in istinad etdiyi İran rəsmisinin məlumatına görə, İranın ABŞ ilə davamlı sülhün bərqərar olması üçün danışıqlara dair irəli sürdüyü ilkin şərtlərə zərbələrin dərhal dayandırılması və hücumların təkrarlanmayacağına dair zəmanət, eləcə də dəymiş ziyanın kompensasiya edilməsi daxildir.

Agentliyin həmsöhbəti qeyd edib ki, Tehran hər hansı müvəqqəti atəşkəsi rədd edir.

Избранный
16
afn.az

1Источники