RU

“Falçı” DƏLƏDUZLUĞU: Qadından sevgilisini qaytarmaq adı ilə 12 min manat ALDI – FOTO

Ukraynada qadın keçmiş sevgilisini geri qaytarmaq üçün “falçı”ya 300 min qrivna verib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Çernovtsı şəhərində dələduzluqla bağlı maraqlı bir hadisə qeydə alınıb. Şəhər sakini olan bir qadın keçmiş sevgilisini geri qaytarmaq məqsədilə özünü “falçı” adlandıran şəxsə müraciət edib.

Dələduz “falçı” qadını əmin edib ki, sevdiyi insan geri dönəcək, lakin hər dəfə bunun üçün daha çox pul tələb edib.

Bir neçə ay ərzində qadın “falçı”ya ümumilikdə 300 min qrivna (təxminən 12 500 manat) vəsait köçürüb. Vəsaitləri aldıqdan sonra isə “falçı” izsiz yoxa çıxıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxs tapılıb. Ona qarşı dələduzluq faktı ilə bağlı şübhəli şəxs qismində ittiham elan edilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
27
interpress.az

1Источники