RU

İstanbulda atışma: Hücum edənlər qardaş olub

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına 3 silahlı şəxs atəş açıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi X hesabında yazıb.

O bildirib ki, hücumu törədən 3 nəfər zərərsizləşdirilib: “Atışma zamanı iki polis yüngül xəsarət alıb”.

Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib:

“İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib. Onlardan ikisi isə qardaş olub. Qardaşlardan biri də narkotik aludəçisi imiş”.

Qeyd edək ki, insident İsrailin İstanbuldakı Baş Konsulluğunun yaxınlığında yaşanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
axar.az

1Источники