RU

Rusiyadan yeni həmlə: Müharibə daha geniş areala yayılır?

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Ukraynada apardığı müharibəni daha geniş areala yaymaq istəyir. Moskvanın Baltikyanı ölkələrə son xəbərdarlığı istər-istəməz belə bir versiyanın da gündəmə gəlməsinə səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Ukrayna dronlarının Rusiyaya hücumlar zamanı Baltikyanı ölkələrin hava məkanından istifadə etməsi ilə bağlı mövqeyini açıqlayıb. Qeyd olunub ki, Moskva belə addımları qəbul etməyəcək və bu xəbərdarlığa riayət edilməyəcəyi təqdirdə Baltikyanı ölkələrə adekvat cavab verəcək.

Bu isə bəzi mütəxəssislərə görə istər-istəməz NATO-Rusiya toqquşmasını qaçılmaz edə bilər.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, NATO-Rusiya birbaşa qarşıdurması indiki halda mümkün deyil:

“Rusiya indiki şəraitdə Ukraynada ciddi nəticələr əldə edə bilmir. 5-ci ildir ki, Ukrayna bataqlığında qalıb və oradan çıxa bilmir. Belə olan halda onun NATO üzvü olan Baltik ölkələrini hədələməsi sadəcə olaraq söz xatirinə deyilən sözlərdir”.

Ekspertin sözlərinə görə, Rusiya Qərbə adekvat cavab vermək gücündə deyil:

“Çünki bunu edərsə, NATO ilə qarşı-qarşıya gələ bilər. Müharibə arealının genişlənməsi isə indiki halda Moskvanın maraqlarına cavab vermir. Bunu Kremldə də başa düşürlər”.

Bu mənada politoloq düşünür ki, Moskvanın Baltik ölkələrinə ünvanladığı xəbərdarlıq sadəcə olaraq hədə-qorxu gəlməyə hesablanmış addımdır:

“Rusiya Ukrayna müharibəsinin bitməsindən ancaq 3-4 il sonra NATO ilə başabaş gəlmək gücündə ola bilər. Hələlik isə o, buna qadir deyil ki, NATO üzvü olan ölkələri real olaraq hədələsin”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
www.bakupost.az

1Источники