RU

BMU tələbələri robotik kodlama yarışında I yerin qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən “RoboCode III” robotik kodlama yarışında qalib olublar. 

AzEdu.az xəbər verir ki, informasiya və kompüter texnologiyaları fakültəsinin 2-ci kurs tələbələri Efşan Sətiyev və Abbas Abusətdarovun təmsil olunduğu “Qızılbaş” komandası 1-ci yeri qazanıb. Efşan Sətiyevin kapitan olduğu komanda yarışmada “Precisiondrop” (Aİ inteqrasiyalı yarı-avtonom yük buraxma dronu) layihəsi ilə çıxış ediblər. 

Xatırladaq ki, yarışmada fakültənin digər tələbələri Şahnabat Rüstəmova, Rəhman Cavziyev və Mühəndislik fakültəsinin tələbələri Ülvü Mahmudov, Nəzrin Həmidovadan ibarət komandanın yerinə yetirdiyi həll isə III yerə layiq görülüb. 

Robotik kodlama düşərgəsi gənclərin robototexnika, avtomatlaşdırma və avtonom sistemlər sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların  “ROS” (Robot Operating System) ekosisteminə çıxışını asanlaşdırmaq məqsədi daşıyıb. Yarışmanın final mərhələsinə 5 komanda vəsiqə qazanıb və onların hazırladığı layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Избранный
13
azedu.az

1Источники