Ajans.az xəbər verir ki, səhnə adı Offset olan musiqiçi — Kiari Kendrell Cephus — ştatda kazinonun yaxınlığında baş verən atışma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisənin Seminole Hard Rock Hotel & Casino yaxınlığında baş verdiyi bildirilir. 34 yaşlı sənətçi dayanacaq ərazisində güllə yarası alıb. Daha sonra o, xəstəxanaya aparılıb və hazırda vəziyyətinin stabil olduğu qeyd olunur. Hadisənin səbəbləri və atəşi açan şəxsin kimliyi hələlik məlum deyil. Polis faktla bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, Offset hip-hop qrupu Migos ilə çıxışları ilə geniş tanınıb.