Taqanroqda evlərin birində ər-arvadın cəsədi tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Taqanroq şəhərindəki fərdi evlərin birində ailəli cütlüyün meyiti aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, qətli 1993-cü il təvəllüdlü Varşam Davtyanın törətdiyi ehtimal edilir.
Yerli media orqanlarının xəbərinə görə, şübhəli şəxs narkotik aludəçisidir və o, öz valideynlərini qətlə yetirməkdə şübhəli bilinir.
Xuraman Etibarlı
İnterpress.az