Milli.Az xəbər verir ki, ötən il Türkiyə ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edib. Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır və ölkənin müdafiə sənayesi üçün ən uzunmənzilli sistem hesab olunur - maksimum uçuş məsafəsi 3 min kilometrdir.
"Roketsan" tərəfindən istehsal edilən bu raketlər strateji əhəmiyyətli hədəflərin - hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və digər hərbi obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, TAYFUN BLOK-4 əsas komponentlər üzrə İran istehsalı olan ballistik raketlərdən üstünlük təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31