RU

"İmişli" bu dəfə "Turan Tovuz"a uduzacaq? - CANLI YAYIM

Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç matç keçiriləcək.

İlk olaraq "Turan Tovuz" "İmişli"nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək.

Tovuz təmsilçisi 48 xalla üçüncü, meydan sahibləri 22 xalla doqquzuncu pillədə qərarlaşıb.

Ardınca "Zirə" "Şamaxı"nı qəbul edəcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:15-də başlayacaq.

"Qartallar" 42 xalla dördüncü, bölgə klubu 30 xalla səkkizincidir.

Tura Bakıda yekun vurulacaq. "Sabah" "Araz-Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. Oyun "Liv Bona Dea Arena"da, saat 19:30-da start götürəcək.

Çempionatın lideri "Sabah"ın 62 xalı var. Naxçıvan təmsilçisi 39 xalla altıncıdır.

Daha əvvəl "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib.

"İmişli" – "Turan Tovuz" 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba OİK stadionu, 15:00

"Zirə" – "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu, 17:15

"Araz-Naxçıvan" – "Sabah"
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Liv Bona Dea Arena”, 19:30

Избранный
24
sportinfo.az

1Источники