RU

Bəhreyn İranın 188 raketinin, 477 dronunun məhv edildiyini bildirir

Bəhreyn Yaxın Şərqdə müharibənin başlanğıcından bəri İrandan atılan 188 raketin və 477 dronunun məhv edildiyini bildirir.

Herbiand.az xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Qüvvələri Komandanlığı məlumat yayıb.

Komandanlıq hər kəsi son dərəcə ehtiyatlı olmağa və hədəf bölgələrindən və şübhəli obyektlərdən uzaq durmağa çağırıb. Baş Komandanlıq həmçinin qeyd edib ki, mülki infrastrukturu və şəxsi mülkləri hədəf almaq üçün ballistik raketlərin və dronların istifadə edilməsi beynəlxalq humanitar hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır və bu hücumlar regional sülh və təhlükəsizliyə birbaşa təhdid yaradır.

Избранный
29
herbiand.az

1Источники