RU

Hüseyn Həsənov beynəlxalq AXTARIŞA VERİLDİ

Hüseyn Həsənov beynəlxalq axtarışa verilib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Məşhur bloqer Hüseyn Həsənovun vergidən yayınmaq üçün qeyri-adi bir sxemə əl atdığı məlum olub. O, “Moskva-Siti”də yerləşən, 68 milyon rubl (təxminən 1 258 000 manat) dəyərində olan mənzilini rəsmi sənədlərdə peçenye paketinə “dəyişib”.

Bloqer bu addımı mülkünü Federal Vergi Xidmətindən gizlətmək və əmlakının həbs olunmasının qarşısını almaq üçün atıb.

İstintaqın şahidi məhkəmədə bildirib ki, bu sxemi ona məhz Həsənov özü təklif edib və mülkünü heç bir vergi borcu olmadığını iddia edərək gizlədib. Sənədlərdə mənzilin dəyəri 68 milyon rubl göstərilsə də, bank qutusuna nağd pul əvəzinə sadəcə bir paket kreker qoyulub.

Fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənovun dövlətə 170 milyondan çox rubl (təxminən 3 145 000 manat) vergi borcu olduğu müəyyən edilib. O, bu vəsaiti maliyyə maxinasiyaları və daşınmaz əmlakın satışı yolu ilə leqallaşdırmağa çalışıb.

Həsənov təqsirini boynuna almır. Hazırda bütün borcları və cərimələri tam ödəməsinə baxmayaraq, bloqer barəsində qiyabi həbs qərarı çıxarılıb və o, beynəlxalq axtarışa verilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
16
1
interpress.az

2Источники