RU

BMW bu seriyanın istehsalını dayandırır


BMW şirkəti “8 Series” avtomobillərinin istehsalını dayandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
Məlumata görə, BMW bu ayın sonuna qədər “8 Series” seriyasından hazırkı G14/G15/G16 nəslinin son sedanlarının, kupelərinin və kabrioletlərinin son nümunələrini buraxacaq.
Bu seriyadan olan avtomobillər şirkətin Almaniyanın Dinqolfinq şəhərindəki zavodunda istehsal olunur.
Şirkət modelin gələcəyini görmədiyi üçün BMW-nin “8 Series” seriyası ilə vidalaşdığını bildirir.
Nəzəri olaraq, yeni nəsil “BMW 8 Series” CLAR platformasında deyil, daha müasir “Neue Klasse” elektrik arxitekturasında istehsal edilə bilər. Lakin elektrik avtomobil bazarı perspektivsiz olduğu üçün “8” seriyası heç vaxt istehsala qayıtmaya bilər.
“8 Series” modellərinin istehsalının dayandırılması həmçinin BMW-nin ən çox satılan məhsullarına diqqət yetirmək zərurətindən irəli gəlir.
Qeyd edək ki, sedan “8 Series” modelləri arasında ən populyar modeldir. Buna görə də, onun varisini yaratmaq ən məntiqli addımdır. Lakin benzin mühərriklərinin tamamilə ləğv edilməsi müştərilər üçün sürpriz ola bilər.
Избранный
22
yeniavaz.com

1Источники