RU

“Bona Dea” “Liv Hospital”ın filialı deyilmiş?- Məhkəmə

“Bu gün Nəsimi Rayon Məhkəməsində "Liv Bona Dea Hospital"ının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. 

Lakin iclas zamanı müəyyən oldu ki, "Bona Dea" şirkəti onun məşhur "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli deyib.

O bildirib ki, əməliyyat üçün xəstəxana seçərkən, məhz "Liv" adına güvənərək oraya müraciət edib:

“Xatırladım ki, "Liv Hospital" yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, “Bona Dea” "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim”. 

Növbəti iclas mayın 5-də olacaq.Xatırladaq ki, N.Köçərli hospitlada əməliyyatdan sonra yaranmış vəziyyətdən narazılığını bildirib, hospital isə bunun müqabilində təzminat tələbiylə onu məhkəməyə verib. Hospital Nigar Köçərlidn 200 min təzminat tələb edir.

Избранный
8
7
cebheinfo.az

8Источники