Xəbər verdiyimiz kimi, hadisə zamanı konsulluq binasının qarşısında atışma səsləri eşidilib. Milli.Az-ın məlumatına görə, qarşıdurma zamanı hücum edən şəxslərdən ikisi zərərsizləşdirilib, biri isə yaralı vəziyyətdə saxlanılıb.
Hadisə nəticəsində iki polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
NTV telekanalının yaydığı məlumata əsasən, hücum edən şəxslərdən biri sağ ələ keçirilib.
Türkiyənin Ədliyyə Nazirliyi insidentlə bağlı dərhal araşdırmalara başlanıldığını açıqlayıb. Baş verən hadisənin səbəbləri və detalları hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31