RU

Niderland tarixində belə şey olmamışdı - Rekord

PSV 2025/26 mövsümünün sonuna 5 tur qalmış Niderland çempionu olub.

Fanat.Az xəbər verir ki, bununla da eyndhovenlilər Erediviziya tarixində ən erkən titul qazanan komanda kimi tarixə düşüb. 

Məlumatı qurumun mətbuat xidməti yayıb. 

Rekord "Utrext üzərində 4:3 hesablı qələbə ilə reallaşıb. "Volendam" ilə heç-heçə edən "Feyenoord" rəqibinin bayramını təxirə sala bilməyib. Nətiədə mövsümün bitməsinə beş oyun qalmış liderlə ən yaxın izləyicisi arasında 17 xallıq fərq yaranıb.

Beləliklə, PSV Peter Boşun rəhbərliyi altında ardıcıl üçüncü və son on ildə beşinci titulunu qazanıb. 

PSV uzun müddətdir davam edən və özünə məxsus rekordu qırıb. Niderlandda ən erkən çempionluq 1977/78 mövsümündə - 8 apreldə qazanılmışdı. Başqa sözlə, Eyndhoven təmsilçisi 48 il sonra bu göstəricini yeniləyib.

Избранный
3
2
fanat.az

3Источники