RU

Türkiyənin C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat açıqlanacaq

Ankara, 7 aprel, AZƏRTAC

Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı ilkin hesabatın aprelin 9-da, cümə axşamı günü açıqlanması planlaşdırılır.

AZƏRTAC bu barədə Türkiyə təhlükəsizlik qurumlarında mənbələrə istinadla xəbər verir.

Hesabatın 2025-ci ilin noyabr ayında baş verən və 20 hərbçinin həyatına son qoyan faciə ilə bağlı ətraflı məlumatı ehtiva edəcəyi və əhatəli olacağı gözlənilir.

Türkiyə mediasının məlumatına görə, təyyarənin qalıqlarını araşdıran mütəxəssislər partlayıcı və ya kimyəvi maddələrin, habelə xarici təsir izlərini aşkar etməyiblər.

Faciənin təfərrüatlarını müəyyən etmək üçün Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının nəzarəti altında araşdırma davam edir.

Yekun hesabatın hazırlanması müəyyən vaxt aparacaq.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
9
2
azertag.az

3Источники