RU

Harri Keyn "Real"a qarşı oynamayacaq? - Kompani açıqladı

"Bayern"in baş məşqçisi Vensan Kompani "Real"a qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi hücumçu Harri Keynin vəziyyəti barədə danışıb.

Publika.az xəbər verir ki, o, ulduz futbolçunun görüşdə çıxış edib-etməyəcəyinə dəqiq cavab verməyib.

“Əsas məsələ odur ki, bu gün Harri çox məşq etdi. Düşünmürəm ki, ritmini itirib. Axşama qədər gözləyəcəyik və sonra yekun qərar verəcəyik. Ulrayxdan başqa hamı oynamağa hazırdır. Çox yaxşı heyətimiz var və "Bayern" "Real"la hər iki oyuna hazırdır”, - deyə Kompani UEFA-nın rəsmi saytına bildirib.

32 yaşlı ingiltərəli futbolçu Bundesliqanın 28-ci turunda "Frayburq"a qarşı keçirilən (3:2) oyunu buraxmışdı. O, bu mövsüm bütün turnirlərdə 40 matçda 48 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
11
publika.az

1Источники