RU

Azərbaycanda tələbə 7-ci mərtəbədən yıxılaraq öldü

Azərbaycanda tələbə faciəvi şəkildə vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Pedaqoji Universitetində təhsil alan Esmira Elxan qızı İsyeva dünyasını dəyişib.

O, ali məktəbin Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının birinci kursunda oxuyurdu.

Məlumata görə, 2007-ci il təvəllüdlü E.İsyeva aprelin 6-da Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
3
2
editor.az

3Источники