RU

İngiltərədə həkimlər tətilə başlayıblar

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

London, 7 aprel, AZƏRTAC

İngiltərədə rezident həkimlər maaşlarla bağlı uzunmüddətli mübahisə fonunda növbəti altıgünlük tətilə start veriblər.

AZƏRTAC xəbər verir ki, bu, sayca 15-ci belə aksiyadır. Tətil bu gün saat 07:00-da başlayıb.

Məlumata görə, rezident həkimlər Milli Səhiyyə Xidmətində tibb işçilərinin təxminən yarısını təşkil edirlər. Təcili hallarda xidmətin davamlılığının təmin olunması üçün təcrübəli həkimlər işə cəlb edilsələr də, planlaşdırılmış bəzi müalicə və qəbul vaxtları təxirə salınıb.

Tətil Britaniya Tibb Assosiasiyası üzvləri tərəfindən təşkil olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
5
azertag.az

6Источники