RU

''Fənərbaxça'' bunu 30 ildən sonra ilk dəfə bacardı

Son turda ''Beşiktaş''la ev derbisində son dəqiqə penaltisi ilə çətin qələbə qazanan və çempionluq mübarizəsini davam etdirən ''Fənərbaxça'' maraqlı bir göstəriciyə nail olub. İstanbul nəhəngi 30 ildən sonra bir mövsümün hər iki oyununda həm ''Trabzonspor''u, həm də ''Beşiktaş''ı yenməyə müvəffəq olub. ''Fənər'' sonuncu dəfə bunu 1995/96-da bacarmışdı. Komanda braziliyalı Karlos Alberto Parreyranın başçılığı altında həmin mövsüm tarixinin 13-cü çempionluğunu qazanmışdı. ''Qalatasaray''a qarşı isə ''sarı-lacivərdlilər'' ilk dövrədə evdə heç-heçə oynamışdılar. Əzəli rəqibi səfərdə yenəcəyi təqdirdə isə ''Fənər'' bu mövsüm 4 nəhəngin öz aralarında keçirdiyi matçlarda ən çox xal qazanan komanda olacaq. Amma hətta ''Qalatasaray''ı səfərdə yenmək belə çempionluq yolunda kifayət etməyə bilər. ''Cim-Bom'' qalan turlarda yenə xal itirməlidi. Digər tərəfdən ''Trabzonspor'' da çempionluq yarışının içindədi və sona 6 tur qalmış ən azı ''Fənərbaxça'' qədər şansları var. ''Qalatasaray''ın sabah 26-cı turdan təxirə salınan matçda ''Göztəpə''yə qarşı keçirəcəyi səfər oyunu çempionluq yolunda çox mühüm əhəmiyyət kəsb edəcək.

Избранный
10
football-plus.az

1Источники