RU

Ərdoğan idarəetmədə yeni islahatlara hazırlaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın idarəetmə sistemində ciddi dəyişikliklərə hazırlaşdığı iddiaları gündəmi zəbt edib.

“Yeni Sabah” Sözcü-yə istinadla xəbər verir ki, Ankaradakı siyasi kulislərdə ən çox müzakirə olunan məsələlərdən biri vitse-prezidentlik modelinin yenilənməsidir.

Mövcud sistem genişləndirilərək vitse-prezidentlərin sayının ikiyə çatdırılması planlaşdırılır. Bu addımın idarəetmədə iş yükünü bölüşdürmək və siyasi balansı daha effektiv qurmaq məqsədi daşıyır. İqtisadiyyat və daxili siyasət istiqamətlərinin ayrı-ayrı vitse-prezidentlərə həvalə olunması variantı var.

İddialara görə, Prezident Ərdoğan yaxın günlərdə yalnız hökumətdə deyil, ümumilikdə dövlət idarəçiliyində genişmiqyaslı dəyişikliklər edə bilər.

Kulislərdə dolaşan məlumatlara əsasən, dəyişikliklər təkcə formal kadr rotasiyası ilə məhdudlaşmayacaq. Dövlət aparatının müxtəlif pillələrini əhatə edən daha geniş yenidənqurma prosesinin başlaya biləcəyi qeyd olunur.

Mövcud Nazirlər Kabinetində isə bir neçə nazirin vəzifədən azad ediləcəyi və ya yerlərinin dəyişdiriləcəyi ehtimal olunur. Bu qərarların əsasən performans, seçkiyə hazırlıq və sahədəki effektivlik kimi meyarlar əsasında veriləcəyi bildirilir.

Bəzi nazirlərin uzun müddətdir vəzifədə olması ucbatından “yorğunluq” amilinin ön plana çıxdığı, digər bəzi fiqurların isə qarşıdakı seçki prosesində daha aktiv rol almaları üçün fərqli vəzifələrə gətirilə biləcəyi vurğulanır.

Diqqət çəkən digər məqam isə yeni simaların hökumətə daxil ola biləcəyi ilə bağlıdır. Kulis məlumatlarında 2 millət vəkili, 1 vali və 1 bələdiyyə başqanının nazir postuna gətirilməsi ehtimalı müzakirə olunur.


Telegram kanalımız
Избранный
2
2
yenisabah.az

3Источники