RU

İran Hörmüz boğazından 2 milyon dollar istəyir



İranın müharibəyə son qoymaq üçün təklif etdiyi planda Hörmüz boğazından keçən gəmilərə 2 milyon dollar rüsum qoyulması nəzərdə tutulur.

Newscenter.az xəbər verir ki, belə bir iddia ilə "The New York Times " (NYT) qəzeti çıxış edib. Nəşrin adı açıqlanmayan İran rəsmilərinə istinadən verdiyi məlumata görə, 10 maddəlik plan ABŞ və İsrailin İrana gələcək hücumlardan çəkinməsini nəzərdə tutur.

Həmçinin İsrailin Livandakı Hizbullah mövqelərinə zərbə endirməkdən çəkinməyi və bütün sanksiyaları ləğv edəcəyi də planda nəzərdə tutulur. Bunun müqabilində İran Hörmüz boğazında gəmiçiliyin qarşısını almağı dayandıracaq və hər gəmi üçün təxminən 2 milyon dollar rüsum almağa başlayacaq.

Bildirilir ki, Tehran həmçinin bu vəsaiti boğazın o tayında yerləşən Omanla bölüşmək niyyətindədir. İran əldə etdiyi gəlirdən öz payını İsrail və ABŞ-ın zərbələri nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək üçün istifadə edəcək.

Anar
Избранный
10
3
newscenter.az

4Источники