ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Satbayev Universitetində akademik mobillik proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirib.
AZXEBER.COM xəbər verir ki, görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova, eləcə də İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Görüş zamanı müxtəlif fakültələrdən seçilmiş 29 nəfər üçüncü kurs tələbəsinin təhsil prosesi, yaşayış şəraiti, adaptasiya imkanları və ümumi təcrübələri ilə maraqlanılıb.
Tələbələrin qarşılaşdığı çətinliklər, onların gündəlik təhsil və sosial həyatına dair fikirləri dinlənilib, ünvanladıqları suallar cavablandırılıb.
Qeyd edək ki, ADNSU-nun 29 tələbəsi akademik mobillik proqramı çərçivəsində bir semestr müddətində Satbayev Universitetində təhsillərini davam etdirirlər.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.