ABŞ Prezidenti Donald Tramp İranda pilotun xilas edilməsi barədə ilk xəbəri yayan jurnalistdən bu məlumatın mənbəyini açıqlamasını tələb edəcəyini və imtina edəcəyi təqdirdə onu həbs edəcəyi ilə hədələdiyini bildirib.
Ölkə.az “Reuters”ə istiandən xəbər verir ki, Trampın Ağ Evdəki mətbuat konfransındakı çıxışları administrasiyanın mətbuata hücumlarının əhəmiyyətli dərəcədə artmasına işarə edib. Son həftələrdə prezident köməkçilərinə ABŞ-İsrail müharibəsinin mediada işıqlandırılmasının həddindən artıq mənfi olmasından şikayətlənib.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi isə İsrail kəşfiyyat agentliyi Mossad və İsrail Müdafiə Qüvvələri İran üzərində vurulan F-15E qırıcı təyyarəsinin ekipajı olan iki amerikalı pilotun xilasetmə əməliyyatına görə bu ölkəyə təşəkkürünü bildirib.
Amerikalı diplomat bu barədə öz X (tvitter) sosial media hesabında yazıb: "Baş nazir Netanyahu ilə görüşdüm və Amerika xalqı adından ona İrandakı uçuş heyətimizin xilasetmə əməliyyatında misilsiz köməyinə görə təşəkkür etdim".
Mürtəza