RU

Bakıda yüzlərlə ev, görün nəyin üzərində tikilib

Bakıda 1600-ə yaxın tikilinin kanalizasiya və yağış kollektorlarının mühafizə zolağında və üzərində inşa olunduğu məlum olub.

Bizim.Media xəbər verir ki, “trend.az” bu barədə məlumatı etibarlı mənbədən əldə edib.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolaqlarında və üzərində 1600-ə yaxın tikili mövcuddur.

Mənbənin sözlərinə görə, bu isə sıradan çıxan kollektorların təmir və bərpasını çətinləşdirir.

Qeyd edək ki, son günlər kollektorların üzərində yerləşən bəzi evlərin sökülməsinə başlanılıb.

Belə ki, Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində, üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb və ərazidəki evləri su basıb. Qəzaya səbəb olan ev sökülüb.

Bizim.Media

Избранный
13
3
bizim.media

4Источники