RU

Lüksemburqda Azərbaycan stendi maraqla qarşılanıb

Yazını böyüt
Yazını kiçilt

Lüksemburqda “Miqrasiyalar, mədəniyyətlər və vətəndaşlıq” mövzulu beynəlxalq festival keçirilib. Ölkəmiz Diasporla İş üzrə Dövlət Komitəsinin, Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyin dəstəyi, Lüksemburq–Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə bu festivalda ilk dəfə iştirak edib.

Hafta.az xəbər verir ki, Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan stendi festival iştirakçılarının diqqət mərkəzində olub.

Ölkəmizin zəngin mədəni irsinə, milli mətbəx nümunələrinə və əsrlər boyu formalaşan ənənələrinə böyük maraq göstərilib. Soydaşlarımız festival boyu mədəni mübadilə və qarşılıqlı ünsiyyət üçün geniş imkanlardan səmərəli istifadə ediblər.

Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettel, həmçinin ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə nazir Max Hahn Azərbaycan stendindəki mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Избранный
15
5
hafta.az

6Источники