RU

Bakı Limanında yük aşırma üzrə REKORD – FOTO

Bu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Limanı 423 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 46% çoxdur.

ADY-dən Bizim.Media-ya verilən məlumata görə, bu ilin martında limanda 162 min ton səpkili yük aşırılıb.

Bu, ötən ilin martında qeydə alınan göstəricidən 94% çoxdur, həmçinin aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.

Bundan başqa, martda Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı olub ki, bu da öz növbəsində rekord göstəricidir.


Bizim.Media

Избранный
6
13
bizim.media

10Источники