RU

Bakı Limanında aşırılan səpkili yüklərin həcmi 46 % artıb

Bu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC 423 min 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb.

Musavat.com ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 46 % çoxdur.

Eyni zamanda, bu ilin martında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin martında qeydə alınan göstəricidən 94 % çoxdur, həmçinin aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.

Bundan başqa, martda Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı olub ki, bu da öz növbəsində rekord göstəricidir.

Избранный
11
13
musavat.com

10Источники