RU

"Gənc müğənnilərin çoxu tərbiyəsizdir"

"Gənc müğənnilərin çoxu tərbiyəsizdir. Nə böyük sayırlar, nə kiçik. Sərhədlərini bilmirlər, hədsizdirlər, elə bilirlər ki, həmişə guya hər şeyin düzünü deməlidirlər. O zaman olurlar, cool boy, cool girl. Elə bilirlər, bu, həmişə işə yarayır".

Bakupost.az xəbər verir ki, bu fikirləri jurnalist Pərviz Hüseynli sosial media hesabında bildirib.

O, paylaşımında gənc ifaçıların davranışlarını tənqid edib:

"Mən jurnalistəm deyə işə yarayır, müğənni olsam, sizin kimi tərbiyəsizlik eləyib özümdə o haqqı görməzdim ki, məndən 100 arşın böyük olanlara söz atım. Ona görə də ortalıqda yoxsunuz. Kiminsə kölgəsi olaraq həyata davam edirsiniz. Örnək aldığınız digər həmkarlarınız da sizin kimi həm kor, həm kardırlar, həyatı, dünyanı anlamaqda çətinlik çəkirlər. Allah sizə ağıl versin. Yaxşı
nümunə deyilsiniz".

Избранный
3
2
yenilik.az

3Источники