RU

İran polisi ABŞ-İsrail hücumlarına kömək etməkdə ittiham olunan 85 nəfəri həbs edib

İranın polis rəisi Əhmədrza Radan bildirib ki, ölkənin 25 vilayətində “xarici düşmənlə əlaqəli” olduğu iddia edilən şəbəkə ifşa olunub və bu çərçivədə 85 nəfər saxlanılıb.

Onun sözlərinə görə, saxlanılan şəxslər ABŞ və İsrailin zərbələrində istifadə olunması üçün həssas obyektlərin – nəzarət məntəqələrinin və təhlükəsizlik qüvvələrinin yerləşdiyi yerlərin koordinatlarını toplayaraq ötürməkdə ittiham olunurlar.

Radan əlavə edib ki, əməliyyat zamanı “xüsusi elektron avadanlıqlar, Starlink cihazları, silah və sursat” da müsadirə edilib.

Избранный
7
aznews.az

1Источники