
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıbUlusum.az xəbər verir ki, aprelin 10-u keçiriləcək plenar iclasın gündəliyinə 11 məsələ daxil edilib:1. "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi.2. Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).3. "Mədəniyyət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).4. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).5. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).7. Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).8. Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).9. Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).10. "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).11. Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Diqqət Çəkənlər
Sabah bu ərazilərdə İşıq Kəsiləcək
Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
Növbəti plenar iclasının gündəliyi açıqlanıb