RU

Tramp İranda əhaliyə silah göndərdiklərini açıqlayıb

“ABŞ bu ilin yanvar ayında İranda baş verən kütləvi etirazlar zamanı üsyançılara hökumət qüvvələrinə müqavimət göstərmək üçün silah göndərib”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"İran əhalisinin silahı yoxdur. Biz onlara bir qədər silah göndərdik. Həmin silah İran xalqına çatmalı idi. Amma bilirsiniz, nə oldu? Həmin silahı çatdırmalı olan adamlar onu özlərinə götürdülər. Dedilər nə yaxşı silahdır! və özlərində saxladılar. Mən bəlli qrupdan olan bu insanlardan çox narazıyam və bu iş onlara baha başa gələcək”, - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
27
missiya.az

1Источники