Azərbaycan I Liqasında çıxış edən “Səbail”in baş məşqçisi Adil Şükürov 4 oyunluq cəza alıb.
Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna mütəxəssisin XX turda “Baku Sportinq”lə oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. Şükürovun bu hərəkətinə görə kluba 3000 manat cərimə tətbiq edilib.