RU

Bakıda yüzlərlə tikili kollektorların üzərində inşa edilib

Bakı. Trend:

Bakıda 1600-ə yaxın tikilinin kanalizasiya və yağışkollektorlarının mühafizə zolağında və üzərində inşa olunduğu məlumolub.

Trend bu barədəməlumatı etibarlı mənbədən əldə edib.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında vəistismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizəzolaqlarında və üzərində 1600-ə yaxın tikili mövcuddur.

Mənbənin sözlərinə görə, bu isə sıradan çıxan kollektorlarıntəmir və bərpasını çətinləşdirir.

Qeyd edək ki, son günlər kollektorların üzərində yerləşən bəzievlərin sökülməsinə başlanılıb. Belə ki, Bakının Xətai rayonu,Rəşid Bağırov küçəsində, üzərində evlər tikildiyinə görə diametri1200 mm olan tullantı su kollektoru çöküb və ərazidəki evləri subasıb. Qəzaya səbəb olan ev sökülüb.

Избранный
47
3
az.trend.az

4Источники