RU

Barents dənizində axtarış-xilasetmə təlimi keçirilir

Aprelin 6-da Şimal Donanması qüvvələri, simulyasiya edilmiş qəzaya uğramış gəmilərə müxtəlif növ yardım göstərməklə bağlı planlaşdırılmış axtarış-xilasetmə təlimi keçirmək üçün Barents dənizinə yola düşüb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, təlimdə göyərtəsində “AS-34” dərin xilasetmə aparatı olan “Georgi Titov” xilasetmə gəmisi, “Pamir” xilasetmə yedək gəmisi, təcili xilasetmə dəstəsinin digər gəmiləri, hidroqrafik tədqiqat gəmiləri və qayıqları, eləcə də Kolskaya flotiliyasının qarışıq qüvvələrinin gəmiləri iştirak edir.

Təlimin müəyyən mərhələlərində Şimal donanmasının birgə aviasiya korpusunun növbətçi sualtı qayıq əleyhinə və axtarış-xilasetmə təyyarələrindən istifadə olunacaq.

Şimal donanmasında müntəzəm olaraq dəniz xilasetmə təlimləri keçirilir. Şəxsi heyət müxtəlif fövqəladə və böhran vəziyyətlərinin həllində peşəkar bacarıqlarını təkmilləşdirirlər.

Bəxtiyar CƏFƏRLİ



Избранный
15
herbiand.az

1Источники