RU

“Çempion adını qorumaq uğrunda mübarizə aparacağıq” - Rimas Kurtinaytis

“Sabah” basketbol klubu aprelin 4-ü və 6-da Qazaxıstan “Astana”sı ilə yoldaşlıq oyunu keçirib. Oyunlar Bakı İdman Sarayında keçirilib. İlk oyun qonaqların 110:102 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar dünən yenə eyni məkanda üz-üzə gəlib. Amma bu dəfə “Sabah” qələbə qazanıb - 94:83.

"Football-plus.az" xəbər verir ki, “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis ikinci yoxlama oyunundan sonra fikrini bölüşüb:

“Müntəzəm mövsümü ilk sırada bitirdiyimizdən digər klublara nisbətən bir qədər çox istirahət etmək imkanımız yaranır. Bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən basketbolçular oyun ritmini itirə bilər. Bu səbəbdən də yaranmış fasilə zamanı Qazaxıstanın “Astana” klubu ilə yoxlama oyunları keçirməyi qərara aldıq. Düşünürəm ki, bu oyunlar pley-off ərəfəsində faydalı oldu. Bu oyunlardan sonra bir qədər dincələcəyik. Pley-offda ilk oyunumuzun tarixi müəyyənləşəndən sonra buna uyğun hazırlıq planı tərtib edəcəyik. Ümumi götürsək, oyun keyfiyyətindən razı qaldım. Bəzi oyunçularımızın mikrozədəsi var idi. Bu səbəbdən onların xidmətindən yararlanmadıq. Hər il olduğu kimi, bu mövsüm də ölkə çempionu adını qorumaq uğrunda mübarizə aparacağıq”.
Избранный
8
1
football-plus.az

6Источники