RU

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

PAŞA Bank-ın sponsorluğu ilə keçirilən “Best Managed CompaniesAzerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi çərçivəsində təşkilolunan təlim sessiyaları uğurla yekunlaşıb.

Bu mərhələdə iştirakçı şirkətlər Deloitte və PAŞA Bankmütəxəssisləri ilə öz biznes modellərini daha dərindən təhliletmək, güclü tərəflərini müəyyənləşdirmək və inkişafistiqamətlərini daha dəqiq formalaşdırmaq imkanı əldə ediblər.Sessiyalar interaktiv müzakirələr və praktiki yanaşmalar əsasındahəyata keçirilib.

Görüşlər zamanı şirkətlər dörd əsas meyar öz fəaliyyətlərinitəqdim ediblər: strategiya, idarəetmə və təşkilati potensial,innovasiya və mədəniyyət, həmçinin maliyyə göstəriciləri. Onlarlayerli və beynəlxalq təcrübələr əsasında innovativ yanaşmalarpaylaşılıb və dəyər yaradan müzakirə mühiti formalaşıb. Bundanəlavə, maliyyə performansının davamlılığı, istedadların cəlbi vəinkişafı üçün yaradılan imkanlar və dayanıqlı biznes təşəbbüslərimüzakirə olunub.

Sessiyalar eyni zamanda şirkətlər üçün beynəlxalq təcrübəyəəsaslanan yanaşmalarla tanış olmaq və idarəetmə keyfiyyətlərinidaha da gücləndirmək baxımından mühüm platforma rolunu oynayıb.

Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” proqramıölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların dayanıqlıinkişafını dəstəkləmək məqsədi daşıyır.

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsininsponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isəAzərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADAUniversiteti və İctimai Televiziyadır.

Müsabiqə Azərbaycanda 2021-ci ildən etibarən keçirilir.İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə“Best Managed Companies Azerbaijan” titulu ilə təltif olunub.Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup,Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement(iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (ikiil ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafatlaureatı) və Azərsun Holdinq yer alır.

“Best
“Best
“Best
“Best
“Best
“Best
Məqalədə:
Избранный
18
4
az.trend.az

5Источники