RU

Bakıda iki azyaşlının törətdiyi dəhşətlə bağlı RƏSMİ AÇIQLAMA

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Xətai rayonunda azyaşlıların hərəkətə gətirdiyi avtomobil iki piyadanı vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayon sakini İlham Qasımov “VAZ” avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Onun iki azyaşlı – 7 və 6 yaşlı övladları – nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib.

Uşaqlar avtomobildən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan nəqliyyat vasitəsi yolda olan iki qadını vurub.

Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

Qeyd edək ki, Globalinfo.az ötən gün hadisə ilə bağlı məlumat yaymışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
4
globalinfo.az

7Источники