AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 7 aprel, AZƏRTAC
- Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb.
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.
- Leysan yağışları Nabran turizm zonasında ciddi fəsadlar törədib.
- ADA Universitetində Karyera Hazırlığı Həftəsinə başlanılıb.
- BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər.
- Macarıstan mediası: “Türk axını”na qarşı təhdid var.
- Rəcəb Tayyib Ərdoğan: Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur.
- “Artemis II” missiyası “Apollo 13”ün rekordunu təzələyib.
- Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb.
- İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb.
- ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib.
- Çexiyada dizelin qiyməti son dörd ilin ən yüksək səviyyəsinə çatıb.
- BVF İrandakı müharibə səbəbindən qlobal iqtisadi artımın yavaşlayacağını proqnozlaşdırır.
- Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb.
- “Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub, Yerə qayıdır.
- FHN: Sabunçu rayonunda fərdi yaşayış evi çöküb, bir nəfər xəsarət alıb.
- Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür.
- Xəzər dənizində zəlzələ olub.
- Türkiyə mediası: C-130 təyyarəsinin qəzaya uğramasının səbəbi azot balonu ilə bağlı ola bilər.
- Səyyar ASAN xidmət Qusarda.
- Xocavənd şəhərinə növbəti köç yola salınıb.
- Azərbaycanın şəkər ixracından gəlirləri 4 dəfədən çox artıb.
- XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib.
- Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.