RU

Şəki-Zaqatala bölgəsində 815 şagird olimpiadalarda yarımfinala yüksəldi

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 815 şagird Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, nəticələrə əsasən, yarımfinala vəsiqə qazanan şagirdlərin fənlər üzrə bölgüsü belədir: kimya üzrə 194 nəfər, riyaziyyat üzrə 178 nəfər, məntiq üzrə 174 nəfər, biologiya üzrə 75 nəfər, təbiət üzrə 75 nəfər, fizika üzrə 64 nəfər, informatika üzrə isə 55 nəfər.

Rayonlar üzrə göstəricilərə gəlincə, ən yüksək nəticə Şəki rayonunda qeydə alınıb- 311 şagird. Balakəndən 157, Qəbələdən 102, Oğuzdan 91, Zaqataladan 83, Qaxdan isə 71 şagird yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, bu nəticələr region üzrə şagirdlərin fənn biliklərinin və məntiqi təfəkkürünün inkişafında mühüm göstərici hesab olunur.

Избранный
18
azedu.az

1Источники